Hamıya məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin istənilən bəyanatı müəyyən müddətdən sonra reallığa çevrilir.
AzerTimes xəbər verir ki, bunu erməni şərqşünas Armen Petrosyan deyib.
“Bundan əvvəl Azərbaycan Prezidenti Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılacağı barədə məlumat vermişdi. Onlar Bakıda çox yaxşı işləyirlər, addımlarını dəqiq formalaşdırırlar və tədricən həyata keçirirlər. Qərb regionda münaqişənin qarşısını almağa çalışır, lakin məsələlərin incə üsullarla həll olunacağına etiraz etməyəcəklər”, – o bildirib.