Əliyev Münhendə Nikolu buna məcbur etdi – Aleksanyan

Əliyev Münhendə Nikolu buna məcbur etdi – Aleksanyan

Laçın dəhlizi ilə bağlı iki proqnoz var idi, lakin heç biri reallaşmadı.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni şərhçi Petros Aleksanyan deyib.

Onun sözlərinə görə, Haaqa Məhkəməsinin qərarı ilə dəhlizin açılacağı gözlənilirdi:

“Bu olmadı. Ruben Vardanyanın gedişi ilə həll ediləcəyi deyilirdi. Bu da baş vermədi. Hər iki gözlənti yanlış idi, çünki Laçın yolu məsələsi nə texniki, nə hüquqi, nə də kadr xarakteri daşımır. Burada hər şey birbaşa siyasidir”.

Aleksanyan iddia edib ki, hər şey Praqa görüşündə həll edilib.

“Paşinyan həmin görüşdə Laçın dəhlizinin statusunun dəyişdirilməsinə razılıq verib. Daha doğrusu, Əliyev Paşinyanı buna məcbur edib və Nikol Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bu məsələ Münhendə keçirilən Blinken-Əliyev-Paşinyan görüşündə bir daha təsdiqlənib. Ola bilər ki, dəhliz nə vaxtsa yenidən açılsın, amma bu, hər şeyin həll edilməsi demək deyil, çünki Bakı hər zaman yolda öz istəyini diktə edəcək”, – erməni şərhçi deyib.

Teqlər: