İlham Əliyev Makrondan Fransanın barbar dövlət kimi muzeydə müharibə kuboku kimi saxladığı əlcəzairli azadlıq döyüşçülərinin bütün kəllələrinin Əlcəzairə təhvil verilməsini tələb edib.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Şübhəsiz ki, Fransanın bu cür davranışı digər xalqlara ikinci dərəcəli müstəmləkə münasibətini ifadə edir. Fransanın başqa ölkələrə belə münasibəti onun böyük dövlət roluna dair iddialarını əhəmiyyətsiz edir. Əlbəttə ki, bu kəllələrlə İlham Əliyev Makronu incə şəkildə aşağıladı. Azərbaycan Prezidenti Fransanı və Makronun Afrikada neokolonializm siyasətini kəskin tənqid edib və Parisin Cənubi Qafqazda hər hansı rol oynamaq iddialarını rədd edib. Əliyev burada möhtəşəmdir! Onun sözləri bütün dünyada və Rusiyada da alqışlanır”, – o bildirib.