Prezident İlham Əliyev məktəb tikintisinə görə Füzuli sakinləri adından Özbəkistan Prezidenti Şövkət Mirziyayevə təşəkkür edib.
AzerTimes xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşü zamanı bildirib.
“Mən bu gün əziz qardaşım Şövkat Miromonoviç ilə birlikdə sizinlə görüşə gəlmişəm. Bildiyiniz kimi, hörmətli Prezidentin əmri ilə Füzulidə Mirzə Uluqbəyin adını daşıyan gözəl məktəb inşa edildi. Sizin uşaqlarınız, nəvələriniz artıq sentyabrın 15-dən başlayaraq bu məktəbdə oxuyacaqlar. Bu gözəl hədiyyəyə görə sizin adınızdan əziz qardaşıma bir daha təşəkkür edirəm.
Sizi bir daha ürəkdən təbrik edirəm. Burada rahat, xoşbəxt yaşayın!”, – dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyoyev, xanımı Ziroatxon Mirziyayeva Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər.