Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa…

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa…

Azərbaycan rəhbərliyi və şəxsən İlham Əliyev qonşu Ermənistana dəfələrlə dostluq əlini uzadıb, müəyyən fikir ayrılıqlarını unudub, ciddi güzəştlərə gedib.

Bu sözləri AzerTimes -a açıqlamasında Cənubi Qafqaz üzrə ekspert, PolitRus ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.

“Belə bir qonşunu təqdir etmək və qiymətləndirmək lazımdır. Təəssüf ki, Ermənistan rəhbərliyi bunu anlamır və ya özünü elə aparır ki, başa düşmür.

Paşinyan COP29-da iştirakdan imtina edərsə, bu, təkcə onun Qərbdəki destruktiv qüvvələrdən tam asılılığının sübutu olmayacaq, həm də Ermənistanı və onun xalqını son nəticədə layiqli gələcəkdən məhrum edən siyasi intuisiya çatışmazlığını isbat edəcək. Paşinyan uzaqgörən olsa, o, Azərbaycanın dəvətini nəinki minnətdarlıqla qəbul edərdi, həm də Ermənistanın Xarici İşlər Nazirliyinin rəhbərini Bakıya göndərərdi və İrəvanda da Azərbaycan diplomatlarını qəbul edərdi”,-deyə ekspert bildirib.

Teqlər: