“KTMT Ermənistanla, yoxsa Ermənistan KTMT ilə münasibətləri korlayır” sualına cavab verməzdən əvvəl hesab edirəm ki, aydın terminlərdən istifadə etməliyik. İrəvana münasibətdə KTMT yararsız struktur idi və əslində işləmirdi.
AzerTimes xəbər verir ki, bunu “Ədalətli Ermənistan” partiyasının rəhbəri Norayr Norikyan deyib.
“Rusiyanın problemi ondan ibarətdir ki, həm Ermənistana, həm də Azərbaycana bərabər şəkildə təsir göstərsin. Ona görə də əgər KTMT-yə ümid edirdiksə və lazım gələrsə, KTMT Nizamnaməsinin 2-ci və 4-cü maddələrindən istifadə olunacağına inanırdıqsa, bu, boşunadır. KTMT-nin ayrı-ayrı ölkələri ilə hansı münasibətlərimiz olmasından asılı olmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin KTMT-də Azərbaycanın Ermənistandan daha çox dostu olması barədə sözlərini çox yaxşı xatırlayıram. Həyat göstərdi ki, KTMT Ermənistan-Azərbaycan münaqişəsinin həllinin heç bir mərhələsində İrəvanın gözlədiyi rolu oynamadı. Ona görə də dərk etmək lazımdır ki, Qazaxıstan, Qırğızıstan, Belarus və digər KTMT üzvləri Azərbaycanla münasibətlərə gəldikdə heç bir halda Ermənistanın müttəfiqi ola bilməz. Bunu nə qədər tez başa düşsək, bir o qədər yaxşıdır”, – o bildirib.