Bu gün ölkəmizin həyatında əlamətdar gündür. Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq, xoş gəlmişsiniz demək mənim üçün böyük şərəfdir.
AzerTimes-ın xəbərinə görə, bunu Cəbrayılda Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatı zamanı deyib.
“Bu gün biz birlikdə Zəngilan hava limanının açılışını qeyd etdik. Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə Füzuli hava limanını birlikdə açdıq. Bu gün isə Zəngilan hava limanını açdıq. Yəni bu onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik”.