Azərbaycan hesab edir ki, nə qədər ki, geosiyasi vəziyyət imkan verir, Ermənistanı elə vəziyyətə salmaq lazımdır ki, onun heç vaxt potensial təhlükəyə çevrilmək imkanı olmasın.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın Lehigh Universitetinin professoru, siyasi elmlər doktoru Armen Qriqoryan erməni mediasına müsahibəsində deyib.
“Bu, Azərbaycanın Ermənistana tətbiq etdiyi Versal modelidir və Əliyev bu fürsətdən ağıllı şəkildə istifadə edir”, – o bildirib.