Əliyev, Ərdoğan və Paşinyan eyni sammitdə…

Əliyev, Ərdoğan və Paşinyan eyni sammitdə…

ŞƏT sammitində qonaq qismində Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şirzad Əsədov öz Feysbuk səhifəsində məlumat verib.

Ümumilikdə, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammitində 15 dövlətin başçısı iştirak edəcək.

Onların arasında Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Szinpin, Hindistanın Baş naziri Narendra Modi, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Pakistanın Baş naziri Şahbaz Şərif, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti İmaməli Rəhman da var.

Sammitdə Belarus Prezidenti Aleksandr Lukaşenko, İran Prezidenti İbrahim Rəisi, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux da ŞƏT-in müşahidəçi dövlətlərinin başçıları qismində iştirak edəcəklər.

Teqlər: