Xəbər verdiyimiz kimi, bu gün Çexiyanın paytaxtı Praqa şəhərində “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində Azərbaycan, Türkiyə, Fransa və Ermənistan liderlərinin görüşü baş tutub.
AzerTimes xəbər verir ki, görüşdə liderlərin olduğu masanın üzərindəki kitab diqqəti çəkib.
Qeyd edək ki, kitab alban yazıçısı Lea İpinin müəllifi olduğu “Tarixin sonunda çağın gəlişi” əsəridir.
Kitabda 1990-cı ildə kommunist Albaniyasının süqut etməsi, ölkənin Ənvər Xoca diktaturasından azad olması, demokratik sistemə keçiddən bəhs edilir.