Ermənistanın Baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüş baş tutmayacaq.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransında çıxışı zamanı deyib.
“Brüsseldəki görüş dekabrın 7-də baş tutmalı idi. Amma dünən Hikmət Hacıyev mənə Şarl Mişelin ofisindən onunla əlaqə saxlandığını bildirdi və dedi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan görüşə yalnız Fransa Prezidenti Makronun iştirak edəcəyi təqdirdə razıdır. Bu o deməkdir ki, bu görüş baş tutmayacaq”, – Prezident bildirib.