Əliyev də, mən də bundan narahatıq – Putin

Əliyev də, mən də bundan narahatıq – Putin

Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşlərində Xəzər dənizinin dayazlaşdırılması məsələsi müzakirə olunub, çünki bu, hamını narahat edir.

AzerTimes RİA-ya istinadla xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin deyib.

“Azərbaycanda keçirilən görüşlərdə İlham Heydəroviç (Əliyev – red.) bu barədə danışırdı, indi Qazaxıstanda Qasım-Jomart Kemeleviç (Tokayev – red.) da məsələ qaldırır. Xəzərin dayazlaşması hamını narahat edir. Və əlbəttə ki, bundan açıq və nəzərəçarpacaq dərəcədə əziyyət çəkən heyvan növlərinə diqqət yetirməliyik. Amma ümumilikdə bu, böyük problemdir”, – deyə Putin bildirib.

Teqlər: