Əliyev bunları əldə edəcək, sonra saziş imzalayacaq – Akopyan

Əliyev bunları əldə edəcək, sonra saziş imzalayacaq – Akopyan

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh müqaviləsi imzalamağa tələsmir. Çünki o, başa düşür ki, heç bir sənəd imzalamadan faktiki məqsədlərə nail olmaq üçün hələ də əhəmiyyətli resursu var. Azərbaycan bu məqsədlərə de-fakto nail olmağa və yalnız bundan sonra onları müqavilədə təsbit etməyə çalışır.

AzerTimes xəbər verir ki, bunu erməni siyasi strateq Vigen Akopyan deyib.

Akopyan qeyd edir ki, Qarabağda separatçıların yaratdığı qurumların ləğvi ilə bağlı bütün bəyanatlar, Zəngəzur dəhlizi ilə əlaqədar məsələlər hələ yolun yarısıdır:

“Əliyev tələsməyəcək. Başlanğıc üçün Qarabağda “dövlət qurumlarının” ləğvi ilə bağlı Azərbaycanın tələblərinin yerinə yetirilməsi ilə üzləşəcəyik”.

O iddia edib ki, Qarabağda separatçıların atəşkəs rejimini pozması ilə bağlı bütün bəyanatlar əslində Bakının onlara qarşı antiterror əməliyyatı başlamaq üçün bir səbəbdir:

“Paşinyanın Azərbaycanın 86,6 min kvadratmetr çərçivəsində ərazi bütövlüyünü tanınması Bakıya ölkə qanunlarının Qarabağa da şamil edilməsini bəyan etməyə əsas verir. Bildiriləcək ki, Azərbaycanda heç bir yerdə parlament və ya prezident yoxdur, polisin statusu başqadır, ona görə də Qarabağda da bu baş verməməlidir. Növbəti mərhələdə Qarabağın erməni sakinləri Azərbaycan pasportlarını almalı olacaqlar”, – o bildirib.

Teqlər: