Əliyev bu barədə açıq mesaj verdi – Keryan

Əliyev bu barədə açıq mesaj verdi – Keryan

Sözlərim çox qəribə səslənə bilər və hətta məni satqın hesab etmək olar. Amma uzun illər ərzində vasitəçilik missiyalarının sadəcə fırıldaq olduğunu düşünürdüm. Məsələn, Minsk qrupunun vasitəçilik missiyası 26 il ərzində bizə heç nə vermədi, başqa vasitəçilik missiyaları da eyniylə, nəticəsiz oldu.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Qarik Keryan deyib.

“Sağ qalmağımızın açarı region ölkələri: Azərbaycan, Türkiyə, Gürcüstan, İran və ilk növbədə Rusiya ilə birgəyaşayış qaydalarını tapmaqdır. Əliyev müsahibəsində birbaşa dedi ki, razılığa gəlsək, bizə heç bir vasitəçi lazım deyil.

Baxın, vasitəçilər olanda hər kəs öz maraqlarını rəhbər tutur. Minsk qrupu olanda ABŞ öz arqumentlərini, Fransa öz arqumentlərini və s. bildirirdi. Ona görə də inanıram ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində birbaşa danışıqlar vasitəçilər olmadan qat-qat səmərəli olacaq”, – o bildirib.

Teqlər: