Bu çox mühüm Forumda iştirak etdiyimiz üçün çox şadıq. Forumun açılışında inanılmaz dinamik nitqinə görə Prezident İlham Əliyevi təbrik edirəm.
Bu sözləri AzerTimes-a müsahibəsində Kanadanın İcmalar Palatasının sabiq üzvü Mac Harb söyləyib.
Prezident İlham Əliyevin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü çərçivəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışdığını vurğulayan Mac Harb deyib:
“Biz Prezident İlham Əliyevin rəhbərliyi sayəsində buradayıq. Geniş dünyagörüşünə və Azərbaycanı regionda lider ölkəyə çevirərək, dünyanın digər dövlətləri üçün nümunəvi bir ölkə qurmaq yolunda göstərdiyi qeyri-adi səylərə görə təbrik etmək lazımdır”.