Əliyev 100 illik strateji planını həyata keçirir – Kiviryan

Əliyev 100 illik strateji planını həyata keçirir – Kiviryan

Paşinyan qlobal miqyasda siyasəti başa düşmür, onun yeri səhnədədir, efirdədir, orada özünü kifayət qədər yaxşı hiss edir və ictimaiyyəti çaşdırmağa çalışır. Bu adam dövlətin və millətin təhlükəsizliyini həqiqətən təmin edə biləcək siyasəti həyata keçirə bilmir.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.

“Təəssüf ki, Paşinyan olduqca indiki vəziyyət daha da pisləşəcək. Bu reallıqdır və möcüzə ola bilər deyə, özümüzü aldatmayaq. Möcüzə baş verməyəcək. Problem artmağa davam edəcək və biz onların həllini tapmayacağıq. Qərbə gəlincə, Qərb niyə Ermənistanı seçdi? Çünki Ermənistan zəif halqadır. Bilirsiniz, bu, əsrlər boyu, tarix boyu həmişə belə olub, indi də belədir. Qərb bu modeli təbliğ edir. Düşünürlər ki, Rusiyanı bu bölgədən çıxarmaq üçün nə etməliyik? Cavab sadədir, Ermənistanı qurban verməlidirlər. Bundan sonra Nikol nə əldə etdi? Qərbə baxdı, yenə də baxır və onlara deyir ki, siz mənə söz verdiyiniz kimi, Əliyev niyə sənədi imzalamağa gəlmədi? Artıq aylardır ki, hamımız bu son dövrü görürük. O, Qranadaya getdi, birgə bəyanat verdilər, gözləntiləri var, bunlar hamısı Qərbin manipulyasiyalarıdır. Halbuki görürük ki, Əliyev Qarabağ məsələsini həll edib, indi ora getməyə nə ehtiyac var? Orada ona nə lazım ola bilər ki? Ermənistanla məsələni isə yavaş-yavaş həll edir. İmzalasa da, imzalamasa da öz addımlarını atır. Onların ümumi məqsədi, strateji planı var və bu strateji plan ən azı yüz ildir ki, mövcuddur”, – o bildirib.

Teqlər: