Əliyar Ağayev Rusiyanın oyununu idarə edəcək

Əliyar Ağayev Rusiyanın oyununu idarə edəcək

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

AzerTimes xəbər verir ki, ədalət təmsilçisi Rusiya və Nigeriya milli komandaları arasında iyunun 6-da keçiriləcək yoldaşlıq görüşünün baş hakimi olacaq.

Moskvada keçiriləcək qarşılaşmada Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Görüşün 4-cü hakimi funksiyasını rusiyalı Yevgeni Kukulyak yerinə yetirəcək.

Teqlər: