Əliyar Ağayev “Mançester Siti”nin matçını idarə etdi

Əliyar Ağayev “Mançester Siti”nin matçını idarə etdi

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının oyununu idarə edib.

AzerTimes xəbər verir ki, o, Serbiyada “Srvena Zvezda” və İngiltərənin “Mançester Siti” klubları arasında keçirilən matçın baş hakimi olub.

36 yaşlı hakimə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.

Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olub.

Ə.Ağayev “Mançester Siti”nin 3:2 hesablı qələbəsi ilə başa çatan matçda dörd futbolçuya sarı vərəqə göstərib. Azərbaycanlı referi meydan sahiblərindən Uroş Spayiç, Srcan Mixayloviç və Nasser Ciqanı, qonaqlardan isə Kelvin Filipsi cəzalandırıb.

Teqlər: