Əliyar Ağayev idarə etdi, Rusiya iki il sonra qol buraxdı

Əliyar Ağayev idarə etdi, Rusiya iki il sonra qol buraxdı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Rusiya və Nigeriya milliləri arasındakı yoldaşlıq görüşünü idarə edib.

AzerTimes Teleqraf-a istinadən xəbər verir ki, Moskvadakı “Lujniki” stadionunda baş tutmuş matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Rusiya millisi 27-ci dəqiqədə Semi Acayinin avtoqolu ilə önə keçsə də, 71-ci dəqiqədə Toluvalase Arokodare tarazlığı təmin edib. Nigeriya yığmasının bərabərlik qolunu Fransa PSJ-sinin heyətində UEFA Çempionlar Liqasını qazanmış rusiyalı qapıçı Matvey Safonovun kobud səhvindən sonra vurub.

Beləliklə, qonşu ölkə yığması 2023-cü ildən sonra ilk dəfə qapısından top buraxıb. “Quru seriya” 845 dəqiqə davam edib.

Ağayev meydan sahiblərinin 3, qonaqların 1 futbolçusuna sarı vərəqə göstərib.

Qeyd edək ki, Əliyar Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olub.

Teqlər: