Rus elitasının əksəriyyəti Ukraynaya qarşı müharibədə Rusiyanın qələbəsinə inanmır, amma hələ də “heç-heçəyə” ümidlidirlər.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəsmisi Andrey Yusov deyib.
“Orada bir neçə xəstə adamdan başqa heç kim qələbəyə inanmır. Ölümcül ümidsizlik anlayışı var”, – Yusov bildirib.
Onun sözlərinə görə, Rusiyanın nüfuzlu adamları Kremlə qarşı həqiqi müqavimətə hazır deyillər.