Əlisa Nicatın kartına bir gündə nə qədər pul yığıldı? – Şok

Əlisa Nicatın kartına bir gündə nə qədər pul yığıldı? – Şok

Əlisa Nicatla bağlı xırda yazı böyük dönüşə səbəb oldu. Gecə boyu onun kartına pul köçürüldü.

AzerTimes xəbər verir ki, bu sözləri “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu yazıçı-filosof Əlisa Nicatla bağlı qeyd edib.

O bildirib ki, artıq Əlisa Nicatın evinə istilik sistemi quraşdırılır:

“Oğlu Üzeyir yardımların məbləğini öyrənmək üçün atasının kartını bankomata saldı; gözlərinə inanmadı – 6987 manat yazılmışdı. Bu, yalnız bir gecədə toplanan məbləğdir. Mən bir anlıq qanadlandım”.

Ş.Xuduoğlu bildirib ki, “İrşad Elektronics” şirkətindən zəng edib, istilik sisteminin çəkilişini öz üzərinə götürməyi təklif etdilər, istilik sistemi üçün lazım olan bütün xərcləri (2339 manat) ödədilər.

“Dəyərli futboçumuz Qara Qarayev də istilik sistemi ilə bağlı yardım təklifi etdi. “Görüş” restoranının sahibi Asif bəy dedi ki, bundan sonra onun bütün ərzaq, yemək təminatını özüm həll edəcəm.

Bir nəfər yazmışdı ki, mən santexnikəm, bütün işləri pulsuz görməyə hazıram.

“Rafi Group” təmir və tikinti şirkəti evin təmirini öz üzərinə götürür, “Sobsan” boyaları bütün rəngləmə materiallarını pulsuz verir.

Bir neçə nəfər 100, 200 manat məbləğində aylıq yardım təklifi edir. Yardımların ardı-arası kəsilmir.

Əlisa bəylə bu gün danışdım, deyir, kimin əvvəli, kiminin sonu, gec də olsa, bu günləri gördüyüm üçün xoşbəxtliyimin hədd-hüdudu yoxdur.

Əlisa Nicat faktoru minlərlə insanı bir araya gətirdi.

Bir daha əmin oldum ki, bu xalq möhtəşəmdir!”

Teqlər: