Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi ölkə parlamentinin sədri Məhəmməd Bagir Qalibafa məktub yazıb.
AzerTimes xəbər verir ki, bu barədə Təbrizin “Azərəncümən” saytı məlumat yayıb.
Məlumata görə, millət vəkili məktubda parlament sədrinin xalqdan üzr istəməsini tələb edib:
“Korrupsiyanın qarşısını almadığına və qanunsuz hərəkətlərinə görə xalqdan üzr istəməlisən”, – millət vəkili tələb edib.
O, keçmiş sənaye, mədən və ticarət nazirinin impiçment olunmamaq üçün millət vəkillərinə lüks avtomobillər verdiyini bir daha vurğalayıb, parlament sədrinin məsələyə laqeyd yanaşdığını bildirib.
Əlirzabeygi nazirin qanunsuz əməlini ifşa etdiyi üçün parlamentdə mikrofonunun bağlandığını yazıb, çıxışına qadağa qoyulduğuna görə Qalibafa etiraz edib.