Əlirza Zəkani də namizədliyini geri çəkdi

Əlirza Zəkani də namizədliyini geri çəkdi

Tehran meri Əlirza Zəkani İranda keçiriləcək prezident seçkilərindən geri çəkildiyini açıqlayıb.

AzerTimes xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərində namizədlər bunlardır: parlament sədri Məhəmmədbağır Qalibaf, parlament üzvü Məsud Pezeşkian, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneninin təhlükəsizlik şurasındakı nümayəndəsi Səid Cəlili, sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi.

Bu gün İranın vitse-prezidenti Əmirhüseyn Qazizadə Haşimi də prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb.

Xatırladaq ki, iyunun 28-də İranda 14-cü prezident seçkiləri keçiriləcək.

Teqlər: