Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə
əlilliyi olan şəxslərin əl işlərinin sərgi və satışının təşkili
üçün portal yaradılır.
Portal əlilliyi olan istedadlı şəxslərə bu platforma vasitəsilə
yaradıcılıq nümunələrini həm nümayiş etdirmək, həm də satışını
həyata keçirmək imkanı verəcək.
Məqsəd bu kateqoriyadan olan şəxslərin istedad və bacarıqlarının
cəmiyyətə tanıdılmasına, yaradıcılıq potensiallarının
stimullaşdırılmasına, həmin şəxslərin cəmiyyətə inteqrasiyasına
yaxından dəstək olmaqdır.
Portalın hazırlanması işləri DOST İnklüziv İnkişaf və
Yaradıcılıq Mərkəzi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi
tərəfindən koordinasiyalı şəkildə davam etdirilir.