Əlilliyi olan 2 731 şəxsə 11 212 reabilitasiya vasitəsi verilib

Xəbər - Ceyhun Ələkbərov – Trend:

2021-ci ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2731 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib.

Nazirlikdək AzerTimes-a verilən məlumata görə, onlardan 443-ü ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.

Yanvar-mart aylarında əlilliyi olan şəxslərə bir hissəsi mühərrikli olan 282 təkərli oturacaq, 325 aşağı və yuxarı ətraf, habelə süd vəzi protezi, 194 aşağı və yuxarı ətraf ortezi, 3565 müxtəlif reabilitasiya vasitəsi, 31 bel və boyun nahiyəsi üçün korset, 643 cüt protez ayaqqabı, 636 cüt ortopedik ayaqqabı, dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 653 qoltuqaltı və dirsəkaltı ağac, 636 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.


Ümumilikdə, son 3 ayda 2731 əlilliyi olan şəxsə 11212 reabilitasiya vasitəsi verilib.

Teqlər: