Əlilliyə görə pensiyalarda artım gözlənilir

Xəbər - Elçin Mehdiyev – Trend:

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna edilən dəyişiklik əlilliyi olan şəxslərin pensiya və müavinətlərin diferensial qaydada artırılmasına imkan verəcək.

Bunu AzerTimes-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, 2022-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulan yeni qaydalardan sonra əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.

“Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Yeni qaydalar qüvvəyə mindikdən sonra “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlara dəyişikliklər olacaq və bu dəyişiklikdən sonra diferensiallaşmış qaydada, yəni əlillik faizinə uyğun olaraq hər bir vətəndaşımızın pensiya və müavinətinin artırılması imkanı yaranacaq”, – deyə M.Quliyev bildirib.

Teqlər: