Əlillik qrupları olan şəxslər heç də əmək qabiliyyətsiz sayılmır – Agentlik sədri

Xəbər - İlhamə İsabalayeva – Trend:

Qanunvericliyə əsasən, işsiz şəxs işi və qazancı olmayan, işaxtaran, işə başlamağa hazır olan əmək qabiliyyətli yaşında olan, əmək qabiliyyətli şəxslər sayılırlar.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.


Onun sözlərinə görə, 1-ci qrup və digər əlillik qrupları olan şəxslər heç də əmək qabilyyətsiz sayılmırlar. Yalnız əmək zəmanəti olmayan şəxslər əmək qabiliyyətsiz sayılırlar. Buna görə də onlar məşğulluq tədbirlərinə cəlb oluna bilmirlər. Əgər əillik qrupu olan şəxsin əlillik sənədində əmək zəmanəti ilə “əmək qabiliyyətsiz” qeyd olunubsa, tibbi-sosial ekspert komissiyalarına müraciət edib düzəlişlər edə bilər. Digər hallarda əmək zəmanəti icazə verdiyi təqdirdə 1-ci qrup əllilliyi olan şəxslər nəinki müraciət edə bilərlər, hətta digərləri ilə müqayisədə onlar daha üstün hüquqa malikdirlər”.

Teqlər: