İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani fevralın 8-də keçiriləcək beşinci regional təhlükəsizlik dialoqu toplantısında iştirak etmək üçün Moskvaya gedib.
AzerTimes xəbər verir ki, bu barədə İranın “Nur News” saytı məlumat yayıb.
Onun bəzi həmkarları ilə ayrı-ayrılıqda görüşəcəyi və ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə edəcəyi bildirilir.