Əli Nur: Ayıbdır, bu boyda sənətkar itirmişik… – Video

Əli Nur: Ayıbdır, bu boyda sənətkar itirmişik… – Video

Biz Sovet tərbiyəsi almış insanlarıq. Sovet dövründə adicə əməkdar artist rəhmətə gedirdisə, onu Akademik Milli Dram Teatırnın səhnəsindən götürürdülər. Ən kiçik formada Aktyorlar Evindən götürürdülər. Yəni dövlət aktyorunun, sənətin qədrini bilirdi. Sənətə qiymət verənləri qiymətləndirirdilər. Amma indi elə bil dünya heç bunların vecinə deyil.

AzerTimes xəbər verir ki, bunu xalq artisti Əli Nur deyib.

“Arif Quliyev rəhmətə gedəndə qapının ağzında, asfaltın üstündə qalımışdı. Mən nazirliyi, icra hakimiyyətini ayağa qaldırdım. Ayıbdır axı, bu boyda sənətkar itirmişik, amma nə bir nazirlik nümayəndəsi var, nə bir dövlət adamı. Heç olmasa Həzi Aslanovun ruhundan utanın. Məgər Ramiz Novruz elə-belə adamdır? Ramiz Novruz xalq artistidir, prezident təqaüdçüsüdür. O, nə yollar gəlib keçib. 50 ildən artıq səhnədə can qoymuş, dövlətə xidmət edən, quru maaşa baxan adamdır. Nə vaxta qədər respublikanı caynağına alacaq məmurlar dövlətin qanını sovuracaq. Sənət adamına qiymət verin artıq. Belə olmaz”, – Əli Nur bildirib.

Qeyd edək ki, ötən gün Ramiz Novruzla vide mərasimi öz evində keçirilib və o, Qurd qapısı qəbiristanlığında dəfn olunub.

Teqlər: