Türkiyə Superliqasının ikinci turu çərçivəsində keçirilən “Göztəpə” – “Fənərbaxça” matçında xoşagəlməz hadisə baş verib.
AzerTimes xəbər verir ki, oyunun ikinci hissəsində “Fənərbaxça”nın bir qrup azarkeşi tribunaya buraxılmayıb.
Klub prezidenti Əli Koç da azarkeşlərinə dəstək üçün həmin tribunaya yaxınlaşıb. Bu zaman “Göztəpə” azarkeşləri ona su butulkaları atıblar. Klub rəhbəri mühafizəçilərin nəzarəti ilə hadisə yerindən uzaqlaşmaq istəyərkən rəqib komandanın azarkeşlərindən biri onu itələyib və Əli Koç yerə yıxılıb. Baş verənlərə görə oyunda bir müddət fasilə yaranıb.