Millət vəkili Səttar Möhbalıyevin oğluna yeni vəzifə verilib.
AzerTimes Unikal-a istinadla xəbər verir ki, İsfəndiyar Möhbalıyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin edilib.
O, bir müddət əvvəl Qaradağ rayon polis şöbəsinin rəisi vəzifəsindən öz ərizəsi ilə işdən çıxmışdı.
Qeyd edək ki, Səttar Möhbalıyev Prezidentin keçmiş köməkçisi Əli Həsənovun kürəkənidir.