Ləğv edilmiş Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binası Azərbaycan Dövlət Nəşriyyatına verilib.
AzerTimes Unikal.org-a istinadən xəbər verir ki, bundan sonra BMM-in binasında fəaliyyət göstərən redaksiyalar Azərbaycan Dövlət Nəşriyyatı ilə müqavilə bağlayacaq.
Qeyd edək ki, Beynəlxalq Mətbuat Mərkəzi Prezidentin keçmiş köməkçisi Əli Həsənova məxsus idi.