Əli Əsədovun sədrliyi ilə müşavirə keçirilib

Ərzaq təhlükəsizliyinin təmin edilməsinə və əhalinin əsas ərzaq
məhsulları ilə təchizatının yaxşılaşdırılmasına həsr olunan
müşavirə keçirilib

Nazirlər Kabinetindən AzerTimes-a verilən məlumata görə, Baş nazir
Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə “Minimum istehlak
səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və
onların istehsalında istifadə olunan malların ölkə ərazisindən
aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Nazirlər
Kabinetinin 18 mart tarixli Qərarından irəli gələn tapşırıqlar,
əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının
yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması, yerli
istehsalçıların stimullaşdırılması, əsas ticarət tərəfdaşları ilə
idxal-ixrac əməliyyatları, daxili bazarda qiymət manipulyasiyası
üzərində nəzarətin gücləndirilməsi və digər məsələlər geniş
müzakirə olunub.

Müşavirədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin,
Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Qida
Təhlükəsizliyi və Dövlət Ehtiyatları Agentliyinin məruzələri
dinlənilib və müvafiq tapşırıqlar verilib.

Teqlər: