Əli Əsədov və Samir Nuriyevin azad olunmuş ərazilərə səfəri başlayıb

Martın 1-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
tapşırığı ilə Baş nazir Əli Əsədovun və Prezident
Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli
məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir
Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər
şəxslərindən ibarət nümayəndə heyətinin işğaldan azad olunmuş
ərazilərə səfəri başlayıb.

AzerTimes-ın məlumatına görə,
məqsəd dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş
tapşırıqların icrası ilə yerində tanış olmaq, müxtəlif dövlət
qurumlarının həyata keçirdiyi genişmiqyaslı infrastruktur
layihələrinin, tikinti, bərpa, quruculuq və abadlaşdırma işlərinin
gedişatını nəzərdən keçirməkdir.

Səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanına, “Füzuli”
yarımstansiyasına, Horadiz-Ağbənd avtomobil və dəmir yollarının
tikinti sahəsinə, minatəmizləmə əməliyyatlarına, “Araz Vadisi
İqtisadi Zonası”nın Sənaye Parkına, Zəngilan Beynəlxalq Hava
Limanının tikintisinə, Zəngilan rayonunun Ağalı kəndinə və s.
yerlərə baxış keçiriləcək.

Yekunda Şuşa şəhərində aidiyyəti dövlət qurumlarının
rəhbərlərinin iştirakı ilə müşavirənin keçirilməsi nəzərdə
tutulur.

Teqlər: