Azərbaycanın Baş naziri Əli Əsədov və rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 25-də Gürcüstana işgüzar səfərə gedib.
Bu barədə AzerTimes-a Nazirlər Kabinetindən bildirilib.
Tiflisdə Şota Rustaveli Beynəlxalq Hava Limanında Baş naziri Gürcüstanın infrastruktur naziri İrakli Karseladze və başqa rəsmi şəxslər qarşılayıblar.