Əli Əsədov rusiyalı həmkarına nazirin ölümü ilə bağlı başsağlığı verib

Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

AzerTimes-ın məlumatına görə, məktubda deyilir:

“Baş nazir Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin faciəli surətdə həlak olması xəbərindən kədərləndiyini bildirib, Rusiya Hökumətinin sədrinə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib”.

Teqlər: