Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 27-də Latviyanın Baş
nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb.
Bu barədə AzerTimes-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan-Latviya münasibətlərinin müxtəlif
istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.
İki ölkə arasında siyasi, hərbi, ticari-iqtisadi, sərmayə
qoyuluşu, turizm və bir çox digər sahələrdə əməkdaşlığın
genişləndirilməsi perspektivləri müzakirə olunub.