Əli Əsədov İranla imzalanan Anlaşma Memorandumundan danışdı

Ötən il Zəngəzur dəhlizinin reallaşdırılması üçün əməli
tədbirlər görülüb və görülməkdədir.

AzerTimes-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin
bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi
zaman deyib.

Baş nazir bildirib ki, Azərbaycan Respublikası Hökuməti ilə İran
İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının
ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur
iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni
kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma
Memorandumunun əhəmiyyətini qeyd etmək vacibdir.

“Yeni kommunikasiyaların açılması bölgənin inkişafına mühüm
töhfə verir”, – deyə Ə.Əsədov əlavə edib.

Teqlər: