Əli Əsədov Gürcüstanın iqtisadiyyat naziri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 15-də Gürcüstanın Baş
nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan
Davitaşvili ilə görüşüb.

Nazirlər Kabinetindən AzerTimes-a verilən məlumata görə, görüşdə
Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif
istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib, birgə həyata
keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat-tranzit,
sərmayə qoyuluşu, energetika və bir çox digər sahələrdə
əməkdaşlığın perspektivləri müzakirə olunub.

Teqlər: