Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuad Oqtaya başsağlığı məktubu ünvanlayıb.
Bu barədə AzerTimes-a Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazir Ə.Əsədov Türkiyənin İstanbul şəhərində törədilmiş partlayış nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.