Əli Əsədov Dubay əmirinə məktub göndərdi

Əli Əsədov Dubay əmirinə məktub göndərdi

Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrinin bir çox istiqamətlər üzrə yaxşı perspektivlərinin olduğunu bildirib.

AzerTimes xəbər verir ki, bu barədə Əli Əsədovun dekabrın 2-də Müstəqillik Günü münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktuma təbrik məktubunda deyilir.

Məktubda bildirilib ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərini qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətləri, ortaq dini və mədəni dəyərlər birləşdirir:

“Bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası əlaqələrin bu gün müvəffəqiyyətlə inkişaf etdiyi qeyd olunur, investisiya, iqtisadi-ticari, bərpaolunan enerji, turizm sahələrində əməkdaşlığın son vaxtlar genişlənməsi xüsusi vurğulanır”.

Məktubda, həmçinin Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bir çox istiqamətlər üzrə yaxşı perspektivlərinin olduğu qeyd edilərək qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin bundan sonra da iki ölkənin xalqlarının rifahına töhfələr verəcəyinə əminlik ifadə olunur.

Teqlər: