Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 14-də
ölkəmizdə rəsmi səfərdə olan Albaniya Respublikasının Baş naziri
Edi Rama ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzerTimes-a verilən
məlumata görə, görüşdə Azərbaycan ilə Albaniya arasında ikitərəfli
münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə
edilib. Albaniya Baş nazirinin səfərinin ikitərəfli əməkdaşlığın
genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Enerji sahəsində əməkdaşlığın Azərbaycan-Albaniya əlaqələrinin
əsas istiqamətlərindən birini təşkil etdiyi bildirilərək Cənub Qaz
Dəhlizi layihəsinin birgə həyata keçirilməsinin önəmi qeyd
edilib.
Görüşdə iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsi,
əməkdaşlığın iqtisadi, ticari, enerji, sərmayə qoyuluşu, turizm və
digər sahələrdə genişləndirilməsi perspektivləri ilə bağlı
məsələlər geniş müzakirə olunub.