Əli Əliyev 6 ay azadlıqdan məhrum olunub

Xəbər - Samir Əli – Trend:

Yasamal rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının
sədri Əli Əliyevin barəsində Dövlət Sərhəd Xidmətinin (DSX)
kapitanı Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında verilmiş
şikayət üzrə məhkəmə prosesi keçirilib.

AzerTimes-ın məlumatına görə, hakim Rauf Daşdəmirovun sədrliyi ilə
keçirilən prosesdə qərara əsasən, Əli Əliyevə 5 ay həbs cəzası
təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti
ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan
məhrum olunub.

Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət
Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterində sağ qalan
polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş
və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq
xüsusi ittiham qaydasında şikayət veriblər.

İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə
azadlıqdan məhrum edilməsini istəyib.

Şikayətlərdə göstərilib ki, VİP sədri Əli Əliyev məlum
helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Xüsusi
ittihatçıların şikayətləri ayrı icraatda araşdırılıb.
Yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun
sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil
Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Ə.Əliyev 5 ay müddətinə həbs edilib.

Teqlər: