Əli Əhmədov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb (FOTO)

Bu gün, noyabrın 10-da Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunu qəbul edib.

AzerTimes xəbər verir ki, Türkiyə Böyük Millət Məclisindən olan dostluq qrupu üzləri sırasında Ədalət və Yüksəliş, Cümhuriyyət Xalq və İYİ partiyalarının üzvləri təmsil olunur.

Görüşdə dostluq qrupunun həmsədrləri, Türkiyə tərəfdən Şamil Ayrum və Azərbaycan tərəfdən Əhliman Əmiraslanov iştirak ediblər.

Ə.Əhmədov qeyd edib ki, münasibətlərin yüksək səviyyədə saxlanmasında və daimi inkişafında parlamentlərarası dostluq qrupunun xidməti böyükdür və bütün səviyyələrdən olan qarşılıqlı səfərlər bizi gücləndirir.

Azərbaycan və Türkiyə xalqları, Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri dövlətlərarası əlaqələrin möhkəm zəmanətidir.

Baş nazirin müavini 44 günlük savaşda Türkiyənin Azərbaycana verdiyi dəstəyin hər bir azərbaycanlının yaddaşına möhkəm həkk olunduğunu vurğuladı, Zəfər günü bayramında bütün küçə və meydanlarda Türkiyə və Azərbaycan bayraqlarının yanaşı dalğalandığına diqqəti cəlb etdi.

Ə.Əhmədov işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılmasında da Türkiyə şirkətlərinin mühüm rol oynadıqlarını vurğuladı.

Dostluq qrupunun həmsədri Şamil Ayrum dostlqu qarupunun Azərbaycan Respublikasının Prezidenti İlhyam Əliyevlə görüşdən dərin təssüratlarını ifadə etdi. Bildirdi ki, Azərbaycan və Türkiyə 30 il əvvəlki dövlətlər deyil və ölkələrin bu səviyyəyə yüksəlməsi hər iki liderin yorulmaz səylərinin nəticəsidir.

Qeyd olundu ki, iqtisadi əlaqələrin gücləndirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi sahəsində real işlər görülməkdədir.

Şuşa bəyannaməsinin iki dövlətin münasibətlərini müttəfiqlik səviyyəsinə çatdırdığını və Azərbaycanın təhlükəsizliyinin həm də Türkiyənin təhlükəsziliyi anlamına gəldiyi vurğulandı.

Söhbət zamanı bəzi işgüzar məsələlərə dair fikir mübadiləsi aparıldı.

Teqlər: