Bir sıra ölkələrdə ənənəvi olaraq, ucuz mala şübhə formalaşıb.
AzerTimes xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin oktyabrın 29-da keçirilən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsində deyib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə orta qiymətdən aşağı təklif edilən məhsulu heç kim almır:
“Çünki məhsulun ərsəyə gəlməsi üçün müəyyən xərc çəkilməlidir. Bu xərcdən ucuza başa gələn malda hansısa problem olduğunu bilirlər. Azərbaycanda da bu situasiyaya uyğun “ucuz məhsulun keyfiyyətli yeməyi olmur” (Yəqin Əli Əhmədov “ucuz ətin şorbası olmaz” məsəlini nəzərdə tutub – red.) məsəli boşuna yaranmayıb”.