İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri Türkiyəyə səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, Bagiri İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında iştirak edəcək.
İclasda İsrail-Fələstin münaqişəsi ilə bağlı vəziyyət müzakirə ediləcək.