Martın 25-də saat 20 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində evlərin birində Dəyanət Tapdıq oğlu Cəfərovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlaması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən AzerTimes-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.