Ələtdə “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanıldı (VİDEO)

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən
qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar
edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, İdarəyə
Füzuli rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif
maddələri ilə dəfələrlə məhkum olunmuş Əbülfəz Suanverdiyevdə silah
olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs odlu silahı 6000 manata satmaq istəyən zaman İdarənin
Ələt qəsəbəsində yerləşən inzibati ərazisində şübhəli şəxs kimi
saxlanılıb. Onun əlindəki çantaya baxış zamanı 1 ədəd atəşə yararlı
“Kalaşnikov” markalı avtomat silah, 2 ədəd daraq və 60 ədəd parton
aşkar olunaraq götürülüb. Əbülfəz Suanverdiyev odlu silahı bir
müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək gizlətdiyini
bildirib.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əbülfəz
Suanverdiyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib, istintaq tədbirləri davam edirilir.

Su Polisləri tərəfindən qanunsuz olaraq balıqçılıqla məşğul
olan, xüsusən də nərəcinsli balıqların ovlanmasını həyata keçirən,
Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik
vasitələrin gətirilməyə çalışan, eləcə də adı “Qırmızı Kitab”a
düşən quşların ovlanması və digər ekoloji cinayətlər törədən
şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər
davam etdirilir. Balıqçılıqla məşğul olan şəxslərin diqqətinə
çatdırılır ki, dövlət rüsumu ödəməklə kvotalar əldə edərək icazə
verilən dövrlərdə müəyyən çəkidə və qaydalara uyğun balıq ovu ilə
məşğul olmaq mümkündür.

İdarənin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol
verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və
müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə
qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq
aparılır.

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər
hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında
Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng
edərək məlumat vermələri xahiş olunur.

Poker293

Teqlər: