Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, “Mersedes” və “Hunday” markalı minik avtomobilləri toqquşub.
Zərbənin təsirindən “Hunday” markalı avtomobil yolun kənarına aşıb.
İlkin məlumata görə, 15-dən yuxarı yaralı olduğu bildirilir. Onlar Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.
Faktla bağlı araşdırma aparılır.