BRİKS ölkələrini Qərbə nifrət deyil, dünyada baş verənlərə müqavimət birləşdirir.
AzerTimes xəbər verir ki, bunu azərbaycan əsilli, rusiyalı iqtisadçı və Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin Ali riyaziyyat kafedrasının müdiri Fuad Ələsgərov “Russia Seqodnya” media qrupuna müsahibəsində deyib.
“Mənim fikrim belədir: indi BRİKS dövlətləri hər biri öz səviyyəsində dünyada müşahidə etdiklərinə müqavimət göstərməklə, belə demək mümkünsə, birləşib. Dünyada artan qarşıdurma fonunda BRİKS-də hər bir ölkə yardım və dəstək axtarır. Təəccüblü deyil ki, Afrika, Asiya və Latın Amerikasının bir çox dövlətləri bu gün BRİKS-ə alternativ platforma, eləcə də Qərbin asılılığında olmayan inkişaf imkanı kimi baxır”, – o bildirib.
Qeyd edək ki, Azərbaycan BRİKS-ə daxil olmaq üçün rəsmi müraciət edib.